Milli mətbuat gününə jurnalistlər arasında şahmat turniri

İyulun 4-də “Gənclik Mall”da yerləşən “Sinema Plus”da Azərbaycan şahmat federasiyasının təşkilatçılığı və “Azərloteraya”nın baş himayədarlığı ilə 22 iyul milli mətbuat gününə jurnalistlər arasında şahmat yarışının açılışı olacaq.

Allsport.az saytı xəbər verir ki, tədbirdə rəsmi şəxslər, siyasətçilər və digər tanınmış qonaqlar iştirak edəcək. Mərasimindən sonra püşkatma keçiriləcək, iştirakçılara qaydalar barədə məlumat veriləcək. Çempionatın qalibləri əlamətdar mətbuat günü ərəfəsində mükafatlandırılacaq.

İlk üç yeri tutacaq komandaların hər bir üzvünə pul mükafatı, sponsorlardan qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Eyni zamanda bağlanış mərasimində Təşkilat Komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edəcək.

Jurnalistlər arasında şahmat çempionatı ilk dəfə olaraq komanda şəklində baş tutacaq. İki nəfərdən ibarət olacaq komandalar püşk nəticəsində müəyyənləşəcək.Turnirin yarış günləri 9 və 16 iyulda təşkil olunacaq.

Şahmat çempionatı “Azərloteraya”nın baş sponsorluğu, «Coca Cola», yapon saatı markası «CASIO EDIFICE», «Sinema Plus»un sponsorluğu, «Azərçay» və «Kofe Enjoy»un tərəfdaşlığı ilə keçiriləcək.

Həmin kateqoriyadan