“Milli üzvlərinə tutduqları reytinqə uyğun təqaüd ayrılacaq”

Azərbaycan şahmat federasiyası ilin yekunları ilə bağlı tədbir keçirib. Allsport.az saytı xəbər verir ki, çıxış edən qurumun prezidenti Mahir Məmmədov, 2024-cü ilin ölkə şahmatı üçün maraqlı keçdiyini vurğulayıb. O, Azərbaycan çempionatlarında bütün şahmatçıların çıxışının məcburi olacağını deyib.

Onun sözünə görə, növbəti seçimədək Azərbaycan millisinin üzvlərinə tutduqları reytinqə uyğun təqaüd ayrılacaq. AŞF rəhbəri eyni zamanda 2024-cü ildə yeniyetmə şahmatçıların çıxışından razı qalmadığını söyləyib.

Həmin kateqoriyadan