- Baxış sayı: 164
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Milli voleybolçumuz Anna Məhərrəmova karyerasını ölkə dışında davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, o, Rumıniya “A” divizionunda çıxış edən “Qalati” klubu ilə anlaşıb.
Tərəflər 1-illik müqavilə bağlayıblar. Artıq voleybolçumuz ictimaiyyətə təqdim olunub. Anya 17 saylı idman geyimində oynayacaq.