- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Qadın şahmatçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının hazırlığına başlayıb.
Allsport.az xəbər verir ki, Bakıda ilk məşqlərə qrosmeyster, FİDE məşqçisi Mixail Brodskiy rəhbərlik edir.
Brodskiy uzun müddət qadınlardan ibarət Ukrayna komandasının məşqçisi olub. Onun məşqçisi olduğu Ukrayna millisi komandalar arasında dünya və Avropa çempionatının qızıl medalını qazanıb, iki dəfə ümumdünya şahmat olimpiadasının bürünc medalına layiq görülüb.