- Baxış sayı: 61
- 02 Aprel 2025 17:36
- Baxış sayı: 41
- Aprel 11, 2025
- 0
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi 3-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, İtaliyanın Yezolo şəhərində təşkil olunmuş yarışda komandamız Bolqarıstan yığması üstələyib – 4:1.
Bizdən qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurublar. Beləliklə, millimiz seçmə mərhələnin 2-ci raunduna vəsiqə qazanıb. Xatırladaq ki, “ay-ulduzlular”ımız əvvəlki oyunlarında Fransaya uduzmuş (2:3), Macarıstana qalib gəlmişdi (7:3).