- Baxış sayı: 56
- 09 Oktyabr 2024 10:00
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Çimərlik futbolu üzrə millimiz Portuqaliyanın Nazare şəhərində təşkil olunan EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirib. Allsport.az xəbər verir ki, Ukrayna yığması ilə oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə yekunlaşıb.
Azərbaycan millisinin heyətində Sabir Allahquliyev dubl edib, digər qolu isə Orxan Məmmədov vurub. Penalti seriyasını daha dəqiq yerinə yetirən Ukrayna yığması yekunda 5:4 hesabı ilə qələbə qazanıb.
Azərbaycan millisi seçmə mərhələdə sonuncu oyununu sabah Almanıya yığmasına qarşı keçirəcək.
Milli ilk oyununda Portuqaliyaya 2:7 hesabıyla uduzmuşdu.