- Baxış sayı: 56
- 02 Aprel 2025 17:36
- Baxış sayı: 72
- Aprel 04, 2025
- 0
Bu gün çimərlik futbolu üzrə Dünya Kuboku-2017-nin Avropa komandaları arasında seçməsinin 2-ci mərhələsində Azərbaycan millisi növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, 7-ci yer uğrunda oyunda Fransa ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub.
Futbolçularımızdan Asif Zeynalov, Renat Sultanov və Sabir Allahquliyev fərqlənib. Nəticədə, yığmamız İtaliyanın Yezolo şəhərində təşkil olunmuş yarışda 8-ci yerlə kifayətlənib.
Xatırladaq ki, Azərbaycan millisi bu turnirdəki əvvəlki oyunlarında Macarıstan (7:3), Bolqarıstan (4:1), İspaniya (3:2), Türkiyə (3:1), Fransa (2:3), İsveçrə (6:7) və Çex Respublikası (3:4) ilə qarşılaşmışdı.