Belarus və Macarıstana qarşı

Mingəçevir “Kür” Olimpiya tədris-idman mərkəzində təlim-məşq toplanışını başa vuran qadın voleybolçulardan ibarət millimiz Bakıya qayıdıb. Allsport.az xəbər verir ki, yığma Avropa çempionatına hazırlıqları iyulun 26-dək kimi paytaxtda davam etdirəcək.

Bakıdakı hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də nəzərdə tutulub.

Avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. “A” qrupunda mübarizə aparacaq millimizin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Hersoqovina yığmaları olacaq.

Görüşlər Belqradda gerçəkləşəcək.

Həmin kateqoriyadan