- Baxış sayı: 164
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz ilk yoxlama matçında “Fənərbağça” ilə üz-üzə gəlib.
Allsport.az xəbər verir ki, millimiz ardıcıl 2 setdə rəqibindən üstün olub – 25:22, 25:23.
Ardınca baş məşqçi Vasif Talıbov ehtiyat qüvvəyə də şans verib. Bundan istifadə edən rəqib hesabı bərabərləşdirib – 25:17, 25:23.
Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar. Yığmamız Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Olimpiya təsnifat turnirinə hazırlaşan millimiz daha bir sınaq oyunu keçirəcək. Rəqib “Türk Hava Yolları” olacaq.