- Baxış sayı: 74
- 12 Dekabr 2025 17:20
- Baxış sayı: 673
- Dekabr 12, 2025
- 0

Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı davam edir. Allsport.az xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparır.
Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə birgə yer alıb. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri yarışırlar.
Yığmamız turnirdə növbəti oyununu keçirib. Rusiya ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub.
Millimiz ilk oyununda Ukraynaya 0:3, növbəti qarşılaşmada isə Gürcüstana 1:3 hesabı ilə uduzub.
Yarışın reqlamentinə əsasən, çempion Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək.