Millimiz son olimpiya ələməsi üçün hazırlığa başladı

Qadın voleybolçularımız təlim-məşqə start verib. Allsport.az xəbər verir ki, yığmamız Avropa olimpiya təsnifat turnirinin hazırlığına dekabr ayının 24-də voleybol mərkəzində başlayıb.
Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək.

Voleybolçularımız ardınca Türkiyə və Polşada toplanışında olacaqlar. Komandamız hazırlığın gedişində bir neçə yoxlama matçında qüvvəsini sınamağı da planlaşdırır.

Qeyd edək ki, Tokio-2020 oyunları üçün ələmə yarışı gələn il yanvarın 7-12-də Niderlandın Apeldorn şəhərində olacaq. “A” qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan