- Baxış sayı: 50
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 140
- Fevral 09, 2026
- 0

Voleybolçu qadınlardan ibarət millimiz yay olimpiya oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində son oyununu keçirib.
Allsport.az xəbər verir ki, Vаsif Tаlıbovun çalışdırdığı komanda Polşa ilə matçda 0:3 hesabı ilə uduzub.
Polşa 9 xalla “A” qrupunu lider başa vurub. Niderland 6 xalla 2-ci, Bolqarıstan 3 xalla 3-cü olub. Azərbaycan yığması turniri xalsız tamamlayıb.
Yarımfinalda Polşa Türkiyə ilə, Niderland isə Almaniya ilə qarşılaşacaq. Yarışın qalibi olimpiadaya vəsiqə əldə edəcək.
Polşa – Azərbaycan – 3:0 (25:19, 25:19, 25:23)
Apeldorn (Niderland), “Omnisport” idman sarayı.