Millimizdən FIDE prezidentinə açıq məktub

Kişi şahmatçılardan ibarət millimi beynəlxalq şahmat federasiyasının prezidenti Arkadiy Dvorkoviç, peşəkar şahmatçılar və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb. Allsport.az xəbər verir ki, 3-qat Avropa çempionları məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan iddiaçılar turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib və FIDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasına qaytarmağı xahiş və tələb ediblər:

“Hesab edirik ki, belə şəraitdə iddiaçılar turnirinin keçirilməsi və dayandırılması normal idman prinsiplərinə qarşı addım sayılır və şahmatçıların sağlamlığına qarşı biganə münasibətin göstəricisidir. FIDE qəbul etdiyi qərarlara görə şahmatçılar və şahmat dünyası qarşısında məsuliyyət daşımalıdır.

Biz hadisələrin belə davam etməsindən zərərçəkən komanda yoldaşımız Teymur Rəcəbovun iddiaçılar turnirində iştirakçılar sırasına qaytarılmasını xahiş və tələb edirik”.


Müraciəti Şəhriyar MəmmədyarovArkadi NaydiçRauf MəmmədovNicat Abasov və Qədir Hüseynov imzalayıb.

Həmin kateqoriyadan