- Baxış sayı: 22
- 04 Fevral 2026 12:21
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0
Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç Robert Prosineçkinin Azərbaycan millisinin sükanı arxasına keçməsinə münasibət bildirib. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Prosineçkinin təyinatına çox sevindim. O, öz komandasına yeni ideyalar gətirə biləcək. Ona yeni komandası ilə xallar toplamağı arzulayıram. Eyni zamanda da öz komandama”.
Xatırladaq ki, Xorvatiya yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibidir. Bu komanda doğma meydanda keçirdiyi Azərbaycanla oyunda 6:0 hesablı qələbə qazanmış, nəticədə Berti Foqtsun istefasına səbəb olmuşdu.