- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

Paris “Böyük dəbilqə”sinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, dünəndən fərqli, bu gün millimiz medal qazanmağı bacarıb.
Qadınlarda yalnız finalda yenilən İrina Kindzerska (+78 kq) 2-ci yerlə kifayətlənib. Kişilərdə Uşangi Kokauri (+100 kq) bürünc mükafata yiyələnib. Zelim Kotsiyev (100 kq) 7-ci olub.
Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.