Millimizin hücumçusu: “Hayduk” klubuna keçirəm”

Azərbaycan yığmasının və “Neftçi”nin hücumçusu Ruslan Qurbanov azerisport.az saytına müsahibəsində Xorvatiyanın “Hayduk” klubuna mümkün keçidindən danışıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Siz artıq Xorvatiyadasınız?
– Xeyr, hələ Bakıdayam.

– Niyə?
– Dünən Xorvatiyaya uçmalıydım. Amma viza ilə bağlı problem yarandı. Hazırda onun həlli ilə məşğuluq.

– Xorvatlarla artıq müqavilə imzalamısınız?
– Bu, problem deyil. Bu gün müqavilə bağlamağa hazırlaşıram. Amma ora gələn həftənin ortasında yollanacağam.

– Müqavilənin detalları necədir?
– Məni dörd aylıq icarəyə götürürlər. Ondan sonrasına baxacağıq. Bu gün müqaviləyə imza atacağam.

– Komandanızın üçüncü yerdə getdiyini bilirsiniz? Əgər çempion olsanız, Çempionlar Liqasında oynaya bilərsiniz…
– Allah eləsin (gülür). Mənim xaricdə oynamaqla özümü göstərmək istəyim çoxdur.

– Xorvatiyada qalmaq arzunuz var?
– Əlbəttə, var. Bu, mənim üçün tramplin olacaq ki, Avropanın daha yaxşı klublarında oynamaq şansı qazanım.

– Sizin “Hayduk”a keçidinizə Robert Prosineçki kömək edib?
– Düzünü deyim ki, bundan xəbərim yoxdur. Xorvatiyadan “Neftçi”yə rəsmi məktub göndərildiyini bilirəm.

Həmin kateqoriyadan