- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Voleybol üzrə millimizin hücumçusu Polina Rəhimova yığmanın düşərgəsinə 2019-cu ilin ən yaxşısı kimi gəlib.
Allsport.az xəbər verir ki, Braziliyanın “Sesi” klubunda çıxış edən hücumçu super liqada 3 nominasiyanı birinci pillədə başa vuraraq, Türkiyədə təlim-məşq toplanışına qatılıb.
O, 11 matçın 42 setində komandasına 234 xal qazandırıb. Rəhimova orta hesabla hər hissədə yığılan toplarda da birincidir.
Voleybolçumuz bu nominasiyada 5,57 faiz göstərici ilə rəqiblərini arxada qoyub. Hücumçu seyv sayında da liderdir. Onun 21 topu komandasına birbaşa xal gətirib.
Rəhimovanın çıxış etdiyi “Sesi” 11 matçdan 19 xal toplayıb və 12 komanda arasında 5-cidir.