Millimizin üzvü narkotikə görə cəzalandı

Beynəlxalq velosipedçilər ittifaqı (UCI) dopinq qaydalarını pozduğu üçün azərbaycanlı idmançı Artyom Proskuryakovu 3 il müddətinə yarışlardan kənarlaşdırıb.

Allsport.az xəbər verir ki, 19 yaşlı velosipedçinin orqanizmində qadağan olunmuş metamfetamin və onun metabolitləri aşkar edilib.

Dopinq nümunələri Ruandada keçirilən şosse velosipedi üzrə gənclər arasında dünya çempionatı zamanı götürülüb. İdmançının cəza müddəti 18 noyabr 2025-ci ildən hesablanır və 17 noyabr 2028-ci il tarixinədək qüvvədə olacaq.

Proskuryakovu ötən ilin noyabrından milli komandanın heyətindən kənarlaşdırılıb.

Həmin kateqoriyadan