“Millinin köynəyini geyinmək artıq asan deyil”

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo DÇ-2026-nın pley-off mərhələsi çərçivəsində şimali İrlandiya ilə keçiriləcək həlledici oyun öncəsi mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, mütəxəssis komandadakı gərginliyi azaltmağın vacibliyini vurğulayıb:

“Heç bir bəhanə ola bilməz, yalnız cümə axşamı keçiriləcək oyunu düşünməliyik. Heyətdəki zədəlilərə fokuslanmaq əvəzinə, hazırda ən yaxşı formada olan oyunçulara güvənirəm. İtaliya köynəyini geyinmək, xüsusən son illərdəki uğursuzluqlardan (ardıcıl iki dünya çempionatını buraxmaq) sonra asan deyil. Bizim vəzifəmiz oyunçuları bu psixoloji yükdən azad etməkdir”.

İtaliya – şimali İrlandiya matçı martın 26-da Berqamoda keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə Uels – Bosniya və Herseqovina oyununun qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan