- Baxış sayı: 75
- 20 Fevral 2026 23:22
- Baxış sayı: 423
- Fevral 16, 2026
- 0

19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.
Allsport.az xəbər verir ki, U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.
Milliyə dəvət alan futbolçuların adlarını nəzərinizə çatdırırıq:
| N. | Ad / Soyad | Klub |
| 1 | Məhdi Həsənov | Neftçi |
| 2 | Rauf Əyyubov | Sabah |
| 3 | Həzrət Səmədov | Sabah |
| 4 | Murad Qurbanov | Zirə |
| 5 | Məhəmmədəli Məmmədov | Turan Tovuz |
| 6 | Tuncay Əhmədov | Sabah |
| 7 | Tunar Muradov | Turan Tovuz |
| 8 | Fərid Abdinov | Stroqino (Rusiya) |
| 9 | Nadir Nəsibli | MOİK |
| 10 | İlkin Həzizadə | Sumqayıt |
| 11 | Əli Qazibəyov | Qarabağ |
| 12 | Abdulaziz Cabbarlı | Qarabağ |
| 13 | İbrahim Babayev | Barselona |
| 14 | Nurlan Zeynallı | Sumqayıt |
| 15 | Vusal Kərimov | Neftçi |
| 16 | Əhliman Suleymanzadə | Zirə |
| 17 | Sabutay Haci | Alboraya (İspaniya) |
| 18 | İslam Həsənov | Qrafiçar (Serbiya) |
| 19 | Əli İbrahim | Qarabağ |
| 20 | Nicat Nərimanov | Brommapoykarna (İsveç) |
| 21 | Əhməd Vəliyev | Qarabağ |