- Baxış sayı: 209
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abdulazimova və Marqarita Stepanenko Macarıstan kubokunun finalında üz-üzə gəliblər.
Allsport.az saytı xəbər verir ki,
kapitanımız formasını geyindiyi “Vasas Obuda” və hücumçumuzun şərəfini qoruduğu “Svietelsky-Bekescsaba” komandalarının final qarşılaşması maraqlı mübarizədə keçib.
Bu görüşdə “Vasas” rəqibini 3:0 hesabı ilə məğlub edərək növbəti dəfə kubokun sahibi olub. Ayşən 7 dəfə fərqlənib. O bu xallardan 5-ni hücumda, 1-ni blokda, digərini də eyslə qazanıb. Abdulazimova hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub.
Marqarita isə, 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.