Minifutbol üzrə Avropa çempionatı Azərbaycanda?

Minifutbol üzrə növbəti Avropa çempionatının Azərbaycanda keçirilməsi müzakirə edilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan minifutbol federasiyasının fəxri prezidenti Orxan Məmmədov ölkəmizdə səfərdə olan dünya minifutbol federasiyasinin prezidenti Filip Juda, Avropa minifutbol federasiyasının prezidenti Borislav Aleksandrov və qurumun vitse-prezidenti Peter Kralik ilə görüşüb.

Azərbaycan minifutbolçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatında da uğurla çıxış edəcəklərinə ümidvar olduğunu söyləyən qonaqlar, Bakıda bu idman növünün təbliğat işlərinin yüksək səviyyədə aparıldığını, daxili çempionatların hər zaman yüksək səviyyədə keçirildiyini, bu işdə yerli federasiyasının səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

Həmin kateqoriyadan