- Baxış sayı: 93
- 26 Yanvar 2026 23:32
- Baxış sayı: 470
- Yanvar 26, 2026
- 0

Uzun illər ölkəmizdə karate idman növünün inkişafına böyük töhfələr vermiş, karate idman növü üzrə 7-ci dan qara kəmər sahibi, əməkdar idman ustası, əməkdar məşqçi və ictimaiyyətin nümunəvi nümayəndəsi Mirəli Seyidov vəfat etmişdir.
Allsport.az xəbər verir ki, Mirəli Seyidov Azərbaycan karate məktəbinin formalaşmasında, gənc idmançıların yetişdirilməsində və idman etikası prinsiplərinin təbliğində əvəzsiz xidmətləri ilə seçilmişdir. Onun zəhməti və insani keyfiyyətləri Azərbaycan idman ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilmişdir.