- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“İnter” Zaqreb “Dinamo”sunun mərkəz müdafiəçisi Leon Yakiroviçin transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, Milan təmsilçisi 18 yaşlı xorvatiyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb. Xorvatiyanın gənclərdən ibarət (U-18) milli komandasının üzvü olan Yakiroviç ilkin mərhələdə “İnter”in 23 yaşadək futbolçulardan ibarət komandasında çıxış edəcək.
Klub rəhbərliyi gənc müdafiəçini gələcəkdə əsas komandanın aparıcı üzvlərindən biri kimi yetişdirməyi planlaşdırır.