- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov komanda.az-a müsahibə verib. Allsport.az saytının məlumatına görə, şəmkarımızla söhbətdə o, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun millinin sükanı arxasına keçməsi ehtimalını mətbuatdan eşidib.
Sitat: «Bu haqda mətbuatdan oxumuşam ki, Qurban Qurbanov milli komandanın baş məşqçi postuna əsas namizədlərdən olub və o, gələn təklifi rədd edib. Bu barədə federasiyadan bizə rəsmi məlumat gəlməyib. Mənə Prosineçkinin namizədliyi barədə məlumatı məhz Elxan Məmmədov göndərib. Başqa bir şey olsaydı, xəbərdar olardıq».
Mirkamil Rəhimov, müsahibəsində, ona da aydınlıq gətirib ki, xorvatiyalı mütəxəssis Robert Prosineçkinin namizədləyinin İK tərəfindən verilməsindən xəbəri yoxdur: «Prosineçki ilə bağlı, hələ bir fikrim yoxdur. Çünki onun haqqında kifayət qədər məlumatlı deyiləm. İcraiyyə Komitəsinin iclasında onun haqqında məlumat veriləcək və özü də görəcəyi işlər barəsində danışacaq. Dinləmələrdən sonra, qərarımızı toplantıda açıqlayacağıq.
Prosineçkinin İcraiyyə Komitəsi tərəfindən namizədliyinin verilməsindən də məlumatım yoxdur. Onu kim və necə təklif edib, bilmirəm».
Maraqlıdır, AFFA-nın baş katibi Elxan Məmmədov KİV-ə açıqlamasında, millinin baş məşqçi postuna namizədləri İcraiyyə Komitəsinin üzvləri irəli sürdüyünü deyib. Bu qurumda İK-in üzvü isə bildirib ki, biz heç kimin namizədliyini irəli sürmürük, heç nədən xəbərimiz yoxdur.