- Baxış sayı: 24
- 23 Aprel 2025 14:55
- Baxış sayı: 105
- Aprel 23, 2025
- 0
Ukraynanın “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç maraqlı açıqlama verib. Allsport.az xəbər verir ki, o, İtaliya “İnter”i ilə oyun öncəsi rəqiblərinin – “Qarabağ”la “Sent-Etyen”in də görüşündən danışıb:
“Rəqiblərimlə müqayisədə bizim vəziyyətimiz daha yaxşıdır. Qrupdan çıxmaq üçün şansımız var. Məncə, “Qarabağ” Fransada xal qazana bilməyəcək. Bizim də taleyimiz “Sent-Etyen”lə qrupun son oyununda həll olunacaq. Amma necə olur-olsun, “San-Siro”da “İnter”lə daha yaxşı oynamalıyıq”.
Qeyd edək ki, həm “İnter” – “Dnepr”, həm də “Sent-Etyen” – “Qarabağ” qarşılaşması sabah 00:05-də start götürəcək.