“Mixail Botvinnik kuboku”nda 2-ci olduq

Moskvada dünya çempionu Mixail Botvinnikin kuboku uğrunda MDB ölkələri arasında şahmat üzrə komanda yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, dairəvi sistem üzrə təşkil olunan turnirdə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan komandaları iştirak ediblər.

Hər komandanın tərkibində yaşı 14-dən yuxarı olmayan gənc şahmatçılar – üç oğlan və bir qız mübarizə aparıb. Yekun nəticəyə görə, 37 xal toplayan komandamız əlavə göstəricilərə görə gümüş medal qazanıb. Onunla eyni xal toplayan Belarus yığması 3-cü pillədə qərarlaşıb.

Rusiya komandası 45 xalla yarışın qalibi olub.

Həmin kateqoriyadan