- Baxış sayı: 62
- 22 Mart 2026 15:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Birinci hissəyə çox pis başladıq. İkinci hissədə toparlanıb oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik. Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır. “Qəbələ”yə uğurlar arzulamaq istəyirəm”.