Mükafatçılar son gündə bilindi

Bu gün Azərbaycan texniki universitetinin idman sarayında badminton üzrə beynəlxalq turnirə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 33 ölkədən 347 idmançının çıxış etdiyi yarışın son günündə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.

Kişilərin şəxsi mübarizəsində Dominik Kvinta (Polşa), qadınlarda Devika Sihag (Hindistan) fərqləniblər. Kişilərin qoşa yarışında Aleks Qrin-Zax Russ (İngiltərə), qadınlarda Miku Sugiyama-Natsumi Takasaki (Yaponiya) 1-ci olub.

Qarışıq-qosada hindistanlı Sazvik Reddi Kanapuram və Radhika Şarma qıızl medal qazanıblar.

Həmin kateqoriyadan