- Baxış sayı: 48
- 24 Mart 2026 23:23
- Baxış sayı: 88
- Mart 25, 2026
- 0
Azərbaycanın daha bir cüdoçusu Avstraliyanın Pert şəhərində Okeaniya açıq turnirində medal qazanıb. Allsport.az xəbər verir ki, beynəlxalq yarışın ikinci günü Murad Fətiyev bürünc medala sahib olub. 81 kq-da 20 yaşlı idmançı bürünc medal uğrunda görüşdə İtaliya təmsilçisi Andrea Reqisə qalib gəlib.
Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparıb. Azərbaycan beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur. Turnirin ilk günü Nicat Şıxəlizadə gümüş medal qazanıb. Yarış Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.