Murad Məmmədov: Çempion olacağımı gözləyirdim

«İlk görüşdə iranlı rəqibimə 10:5 hesabı ilə qalib gəldim. Növbəti, yarımfinalda görüşündə uduzmağıma səbəb lazımınca istirahət etməməyimdir». Bunu allsport.az saytına İslam oyunlarında 3-cü yerə çıxan yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq) dedi. Gənc idmançının sözünə görə, bu yarışda hədəfi qızıl medal olub:

«Düzü, çempion olacağımı gözləyirdim, amma alınmadı. İlk qarşılaşmadan sonra dedilər, hazırlaş, indi ikincisinə çıxırsan. Onun gərginliyi və həyacanı çıxışıma təsir etdi, özümü vaxtında toparlaya bilmədim. İnşallah, avqustda Parisdə keçiriləcək dünya çempionatında uğurlu çıxış edib bunun əəvəzini verərəm».

Həmin kateqoriyadan