- Baxış sayı: 34
- 16 Dekabr 2025 22:40
- Baxış sayı: 29
- Dekabr 16, 2025
- 0

Kişi voleybolçuların yüksək liqasının 7-ci turunda “Murov” klubu “Neftçi”yə 3:0 qalib gələrək, yenilgisiz sıralamasını davam etdirib. Komandanın 2-ci məşqçisi Dilqəm Qəhrəmanov, görüşdən sonra allsport.az saytına bunu söyləyib:
“Hər il olduğu kimi, bu il də əsas hədəfimiz yalnız və yalnız çempionluqdur. Oyuna gəldikdə, voleybolçular əvvəldən sonadək verilən tapşırıqları yerinə yetirdilər. Rəqib əsasən servisdə səhvlərə yol verdi. Biz isə əksinə, nəinki topu qəbulda, bütün elementlərdə rəqibdən daha gözəl oynadıq”.