- Baxış sayı: 80
- 15 Dekabr 2025 16:26
- Baxış sayı: 107
- Dekabr 17, 2025
- 0

FIDE şahmatçıların cari ilin dekabr ayı üçün əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, yeni siyahıda Şəhriyar Məmmədyarov (2799) bir qədər də irəliləyib. 3-qat Avropa çempionumuz karyerasında və müstəqil Azərbaycan şahmatı tarixində ilk dəfə 3-cü yerə yüksəlib.
Digər qrossmeysterlərimizdən Teymur Rəcəbov (2748) 17-ci, Rauf Məmmədov (2709) 40-cı, Arkadi Naydiç (2705) isə 43-cü pillədədirlər.
Reytinq siyahısına hazırkı dünya çempionu norveçli Maqnus Karlsen (2837) başçılıq edir.