Nağı Səfərov: Sun Mi Park daha yaxşı iş təklifi aldığı üçün bizdən ayrılıb

Taekvondo federasiyasının vitse-prezidenti Nağı Səfərov qadınlardan ibarət millimizin baş məşqçisi olmuş Sun Mi Parkın Azərbaycandan ayrılmasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, ATF rəsmisi koreyalı mütəxəssisin istefasını başqa komandada çalışması ilə əlaqələndirib:

“Sun Mi Park qadınlardan ibarət yığma komandanın baş məşqçi vəzifəsinə təyin olduğu andan yüksək məhsuldarlıq göstərərək böyük nailiyyətlərə imza atmışdır. Son olimpiya oyunlarında onun yetirməsi olan Patimat Abakarova, yarışların bürünc medalına sahib olaraq, Azərbaycan Taekvondo Federasiyasının tarixinə adını qızıl hərflərlə yazdırması buna bariz nümunədir. Parkın fəaliyyəti dövründə ATF ilə heç bir problemi olmamışdır. Sadəcə olaraq, daha yaxşı iş təklifi aldığına görə onunla müqaviləmizi uzatmamağı qərara aldıq”.

Xatırladaq ki, koreyalı mütəxəssisi yerli çalışdırıcı Elnur Amanov əvəzləyib.

 

Həmin kateqoriyadan