- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Heydər Əliyevin anadan olmasının 95 illiyinə ənənəvi “Nakhchivan Open-2018” beynəlxalq şahmat turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 3 qrupdan (“A”, “B”, “C”), İsveçrə sistemi üzrə 9 turdan ibarət olan yarış mayın 1-də başlayacaq. “A”-da 1-ci mükafatın məbləği 5000 dollardır. Bu qrupda 18 qrossmeyster qeydiyyata alınıb.
Festival çərçivəsində istirahət günündə mükafat fondu 2000 dollara bərabər olan blits-turnir keçiriləcək. İlkin iştirak siyahısında Azərbaycan, Belarus, İsrail, Niderland, Almaniya, İspaniya, Yunanıstan, İran, Bolqarıstan və digər ölkələri təmsil edən 21 şahmatçı qeydiyyatan keçib. Turnirin qalibləri mayın 10-da, ümummilli liderin doğum günündə bilinəcək.