- Baxış sayı: 35
- 24 Mart 2026 18:39
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Napoli” şotlandiyalı yarımmüdafiəçisi Skott Maktomineyə yeni və daha gəlirli müqavilə təklif etməyə hazırlaşır.
Allsport.az xəbər verir ki, neapollular 29 yaşlı futbolçunun sözləşməsini 2030-cu ilədək uzatmağı və hazırkı 3 milyon avroluq maaşını artırmağı planlaşdırır.
Klub rəhbərliyi digər komandaların marağını nəzərə alaraq, bu məsələni yayda keçiriləcək dünya çempionatına qədər həll etmək niyyətindədir.
Maktominey cari mövsümdə “A” seriyasında 22 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.