- Baxış sayı: 20
- 27 Mart 2026 13:53
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Napoli” və Xviça Kvaratsxeliyanın nümayəndələri futbolçunun 2027-ci ildə başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı danışıqları davam etdirir.
Allsport.az xəbər verir ki, İtaliya klubu gürcü futbolçuya illik 1 milyon avro artımla 5 milyon avro maaş təklif edir.
Əsas maneə 23 yaşlı hücumçunun sərbəst qalma məbləğidir. Avropa nəhənglərinin Kvaratsxeliya ilə maraqlanması fonunda futbolçunun ətrafı onun sərbəst qalma məbləğinin 80 milyon avro olmasını istəyir. Lakin “Napoli” rəhbərliyi bu məbləği çox aşağı hesab edir.
Kvaratsxeliya 2022-ci ildən Neapol təmsilçisinin şərəfini qoruyur.