Nataliya Məmmədova: Fikrimcə, 2-ci mərhələyə keçmək imkanımız var

Dünən qadın voleybolçularımız dünya çempionatının “C” qrupunun oyunları keçiriləcək (Yaponiya) “Kobe Green Arena”da ilk məşqinə çıxıb. Allsport.az saytı xəbər verir ki, milli diaqonal hücumçusu Nataliya Məmmədova yarış öncəsi bunu deyib:

“Milli komandamızın 4-cu mənim isə 2-ci dünya çempionatım sabah start götürəcək. Doğrusu, Avropa çempionatıdan sonra mən kariyeramı bitirmək haqqında düşünürdüm. Çünki, mövsümdən sonra yorğun idim. İyun ayının sonlarında mənnən ,Dünya Çempionatında, milli komandada oynamaq isdəyib isdəmədiyim soruşulanda mən oynamaq və millimizə əlimdən gələn köməyi etməyi qərarlaşdırdım. Bu gün millimizin heyətində elə oyuçular var ki, onlar ilk dəfədir ki belə böyük yarışda iştirak edirlər. Voleybol komanda oyunudur ona görə də biz birikdə sona kimi mübarizə aparmalı və gənc oyunçulara kömək etməliyik.

Bildiyiniz kimi, “C” qrupunda mübarizə aparacağıq. Rəqiblərimiz haqqında deyə bilərəm ki, Asiya voleybolu müdafiədə hər zaman yaxşı oynayır. Amerika sonuncu dünya çempionu, Rusiya millisi yeni məşqçi və yeni oyunçularla iştirak edir. Tobaqo millisinin tam olaraq oyununu görməmişəm bu komandanın orta oyunçusu Sinead Jack tanıyıram və onun oyununu Rusiya çempionatında görmüşəm. Düşünürəm ki, digər oyunçularda yaxşıdırlar. Hər birimiz həm psixoloji hazır olsaq və həyəcanımız az olarsa bizim üçün oynamaq daha rahat olacaq. Fikrimcə, 2-ci mərhələyə keçmək imkanımız var və bu bizim əlimizdədir”.

Həmin kateqoriyadan