- Baxış sayı: 52
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 164
- Fevral 09, 2026
- 0
Millimizin keçmiş voleybolçusu Natalya Məmmədova karyerasını başa vurub. Allsport.az xəbər verir ki, 36 yaşlı hücumçunun çıxış etdiyi “Volero le Kannet” klubu sosial şəbəkə səhifəsində bu barədə məlumat yayıb.
Bildirilib ki, yüksək səviyyədə 20 mövsüm keçirən Natalya üçün “Mark En Barel” klubuna qarşı görüş sonuncu olub.
Natalya 2003-cü ildə “Azərreyl”ə transfer olunub, bir il sonra isə yığmamıza cəlb edilib. O, 2004-18-ci illərdə millimizdə çıxış edib.