Natiq Bağırov: Cüdo federasiyası bölgələrdə kütləvi tədbirləri davam etdirəcək

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Göygöl olimpiya idman kompleksində beynəlxalq təlim-məşq toplanışı çərçivəsində ustad dərsi keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə Gəncə şəhərlərindən, Naftalan, Göygöl, Tovuz və Qazax rayonlarından ümumilikdə 120 uşaq, yeniyetmə və gənc iştirak etdi. 

ACF prezidentin müşaviri Natiq Bağırovun sözünə görə, federasiya bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və bölgələrdə cüdonun daha kütləviləşdirilməsi üçün müvafiq tədbirləri davam etdirəcəkdir.

O bildirib ki, kütləvi tədbirlər zonalarda bu idman növünə marağı artırıb. Rəqabətliliyin artması müxtəıif yaş qrupları üzrə milli komandalarda yeni ehtiyat qüvvənin formalaşmasını sürətləndirəcək.

Həmin kateqoriyadan