- Baxış sayı: 34
- 05 Dekabr 2025 10:00
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Naxçıvan şahmat federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə Naxçıvan açıq beynəlxalq şahmat turniri keçirilir.
Allsport.az saytı xəbər verir ki, ilk turlarda favorit şahmatçılar rəqibləri üzərində qələbələr əldə etdilər. Lakin 4-cü turda yarışının ilk 4 əmsalına malik şahmatçılar xal itirdilər. 4 xal ilə isə 6 şahmatçı – Rəşad Həsənov, Sadiq Məmmədov, İsmayıl Şıxaliyev, Morteza Əsgəri (İran), Rəşad Zeynallı və Toğrul Həsənzadə yarışa liderlik edirlər.
Mayın 14-dək davam edəcək turnirdə dörd ölkədən Azərbaycan, İran, Türkiyə və Ukraynadan olmaqla 210 zəka sahibi mübarizə aparır.
Reqlamentə əsasən, turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Hər bir şahmatçıya oyunun sonunadək 90 dəqiqə və 1-ci gedişdən başlayaraq, hər gedişdən sonra 30 saniyə əlavə vaxt verilir.