Naxçıvanda “Şahmat beynin gimnastikasıdır” şüarı ilə yarış

Naxçıvan muxtar respublikası şahmat mərkəzində “Şahmat beynin gimnastikasıdır” şüarı ilə ümumtəhsil məktəblərinin komandaları arasında birincilik keçirilib. Allsport.az saytı xəbər verir ki, Naxçıvan şəhər gənclər və idman idarəsi, təhsil şöbəsi və uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə yarışda 17 komandanın hər birinin tərkibində 2 qız, 4 oğlan olmaqla, ümumilikdə 102 şahmatçı iştirak edib.

Mübarizə olimpiya sistemi üzrə keçirilib. Yekun nəticəsinə əsasən, 3 nömrəli tam orta məktəbin komandası 1-ci, Naxçıvan qarnizonu tam orta məktəb 2-ci, 12 nömrəli tam orta məktəb 3-cü yer tutublar. Sonda qalib komandalar və taxtalar üzrə ilk sıranı tutanlara diplomlar təqdim olunub.

Həmin kateqoriyadan