- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
24-25 yanvarda Beynəlxalq cüdo federasiyasının 2022-2024 olimpiya dövrü üçün elan etdiyi yeni qaydalar haqqında seminarlar təşkil edəcək. Allsport.az saytı xəbər verir ki, Vladimer Nutsubidze tərəfindən keçiriləcək məşğələdə hakimlərlə yanaşı, millimizin məşqçiləri və idmançıları, həmçinin müxtəlif klubların, cəmiyyətlərin və idman komandalarının çalışdırıcıları iştirak edəcəklər. 2 gün davam edəcək seminarların ilk günü Bakı olimpiya stadionunda yerləşən “Neftçi İdman Klubu”nun təlim-məşq mərkəzində, 2-ci günü “Atilla” və “Cüdo-2012” idman klublarında keçiriləcək.
Əsas məqsəd BCF-in tətbiq etdiyi son dəyişikliklərin, hakimlər, məşqçilər və idmançılar tərəfindən mənimsənilməsidir. Beynəlxalq dərəcəli referiVladimir Nutsubidze qitə, dünya çempionatı və olimpiya oyunlarının final mərhələlərini idarə edib. Eyni zamanda, 2017-ci ildə Avropa cüdo birliyi tərəfindən “Ən yaxşı kişi hakim” seçilib.