- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Xilasedici” idman-sağlamlıq mərkəzində U-23 yaşadək cüdoçuların Azərbaycan birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə daha 6 çəkidə 119 idmançı bacarığını nümayiş etdirib.
“Neftci İdman Klubu”nun təmsilçiləri növbəti 3 medala yiyələniblər. Camal Feyziyev (+100 kq) bütün rəqiblərini məğlub edib. Kamran Qasımov (73 kq) və Məhəmməd Məmmədzadə (+100 kq) 3-cü yer tutublar.
Beləliklə, “Neftçi İdman Klubu”nun cüdoçuları 14 çəki dərəcəsi üzrə 386 idmançının mübarizə apardığı ölkə birinciliyini 4 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vuraraq, ümumkomanda hesabında zirvədə qərarlaşıb. Kuboku klubun bu növ üzrə baş məşqçisi Tərlan Poladova ACF-in baş katibi Rəşad Rəsullu təqdim edib.