“Neftçi” və AHİİTA arasında əməkdaşlıq

Azərbaycan həmkarlar ittifaqları konfederasiyasının tabe təşkilatı olan Azərbaycan həmkarlar ittifaqları idman təşkilatları assosiasiyasında (AHİİTA) bu qurumun və “Neftçi” idman klubunun nümayəndələri arasında əməkdaşlıq istiqamətində görüş keçirilib.

Allsport.az xəbər verir ki, anlaşmanın məqsədi tərəflər arasında idmanın kütləviləşdirilməsi və sağlam həyat tərzinin təşviqi üçün birgə layihələrin təşkili və icrası, peşəkar kadrların və idmançıların müvafiq sahədəki potensialının daha gücləndirilməsi üçün təcrübə mübadiləsi, təlim və seminarların keçirilməsi, tərəflərin fəaliyyət istiqamətlərinə aid sosial təşəbbüslərin və digər aidiyyəti fəaliyyətlərin müəyyən edilməsi və dəstəklənməsidir.

Tədbirdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, birgə idman tədbirlərinin təşkili, idman təşəbbüslərinə qarşılıqlı dəstək, birgə sosial proqramların icrası, idman və digər aidiyyəti qurğulardan qarşılıqlı istifadə, eləcə də təcrübə mübadiləsi və birgə təlimlər istiqamətində müzakirələr aparılıb.

Sonda “Neftçi” idman klubu və AHİİTA arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi “Neftçi” idman klubu idarə heyəti sədrinin müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Fərəc Əliyev və AHİİTA-nın direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Emin İsmayılov imzalayıblar.

Həmin kateqoriyadan