- Baxış sayı: 22
- 23 Mart 2026 16:26
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Braziliya millisinin hücumçusu Neymarın yığmadakı perspektivi qeyri-müəyyən olaraq qalır.
Allsport.az xəbər verir ki, Braziliya futbol konfederasiyasının (CBF) rəhbərliyi “Santos”un forvardının daimi zədələr və oyun buraxması səbəbindən dünya çempionatına qədər optimal forma yığacağına şübhə edir.
Vəziyyəti futbolçu ilə rəsmi şəxslər arasındakı gərgin münasibətlər daha da mürəkkəbləşdirir. CBF Neymarın son vaxtlar mediadakı fəallığından və verdiyi açıqlamalardan son dərəcə narazıdır.
Məlumata görə, “Mirassol”la matçda yaşanan insident “son damla” olub. Belə ki, millinin baş məşqçisi Karlo Ançelotti hücumçunun vəziyyətini şəxsən qiymətləndirmək üçün oyuna gəlsə də, Neymar nəinki meydana çıxmayıb, hətta stadiona belə gəlməyib. Federasiya bu hərəkəti hörmətsizlik kimi qiymətləndirib