Nicat Abbasov ən yaxşı nəticə göstərib

Azərbaycan şahmatçısı Nicat Abbasov Sloveniyanın Çatej şəhərində keçirilmiş komandalararası Avropa çempionatında heyət üzvləri arasında ən yaxşı nəticəni göstərib.

Allsport.az xəbər verir ki, 26 yaşlı qrossmeyster kişilərin mübarizəsində beşinci lövhədə 1-ci yeri tutub.

Komandanın digər üzvlərindən Şəhriyar Məmmədyarov 1-ci lövhədə, Rauf Məmmədov 3-cü lövhədə 4-cü, Teymur Rəcəbov 2-ci lövhədə 7-ci, Qədir Hüseynov 4-cü lövhədə 13-cü yeri tutub.

Qadınlara gəldikdə, Günay Məmmədzadə birinci lövhədə 4-cü, Xanım Balacayeva üçüncü lövhədə, Gövhər Balacayeva beşinci lövhədə 5-ci, Gülnar Məmmədova ikinci lövhədə 15-ci olub.

Avropa çempionatında qadınlardan ibarət Azərbaycan yığması bürünc medal qazanıb, kişilərdən ibarət komanda isə 5-ci yerlə kifayətlənib.

Həmin kateqoriyadan