- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 82
- Noyabr 21, 2024
- 0
Azərbaycan qrossmeysteri Nicat Abbasov 9-cu “Baku Open-2017” beynəlxalq şahmat festivalının qalibi olub. Allsport.az saytı xəbər verir ki, bu dəfə tədbir Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümünə həsr edilib. Yarışda 9 mümkün xaldan 7,5 xal toplayan Nicat Abbasov finala bir tur qalmış liderliyi ələ alıb. Son partiyada o, belaruslu Aleksey Aleksandrov ilə heç-heçə oynayıb.
Uşaqların turnirində Elcan Əbdülkərimli 9 oyundan 8 xal toplayıb. “Baku Open-2017” şahmat festivalı iki qrupda – açıq və uşaq kateqoriyası üzrə keçirilib. Turnirdə Azərbaycan, Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Rusiya və Ukraynadan 150-dən artıq şahmatçı iştirak edib.
Yarışların baş hakimi FIDE-nin beynəlxalq dərəcəli hakimi Nurəli Məmmədzadə olub.