Nicat Abbasov “Baku Open”in qalibinə yalnız əmsalda uduzdu

Ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 24-cü ildönümünə həsr olunmuş ənənəvi “Baku Open” beynəlxalq şahmat turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarış Xəzər dənizinin sahilində, Novxanı qəsəbəsindəki “AF Hotel” mehmanxanasında keçirilib. “A” turnirində 10 ölkədən 59 şahmatçı, o cümlədən 23 qrossmeyster iştirak edib.

Ən güclülərin qrupunda iranlı qrossmeyster Ehsan Qaem Naqami qalib gəlib. O, 9 mümkün xaldan 6,5 xal yığıb. Azərbaycan qrossmeysteri Nicat Abbasov və hindistanlı Başkaran Adxiban da eyni nəticə göstərsə də, əmsallarda geri qalıblar.

6 şahmatçının hər biri liderlərdən yarım xal geri qalıb, Azərbaycan nümayəndəsi Vüqar Rəsulov da daxil olmaqla daha dörd şahmatçı liderlərdən bir xal az toplayıb.

Həmin kateqoriyadan