- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Oktyabrın 23-də Gürcüstanın Batumi şəhərində komanda Avropa çempionatında iştirak edəcək yığmada dəyişiklik olunub. Allsport.az saytı xəbər verir ki , Men adasında “Grand Swiss” turnirində ölkəmizi layiqincə təmsil edən Nicat Abbasov heyətinə daxil edilib.
O, siyahıya gözlənildiyi kimi Arkadi Naydiçin əvəzinə yox, şəxsi işləri ilə bağlı Avro-2019-da iştirak edə bilməyən dünya kubokunun son qalibi Teymur Rəcəbovun əvəzinə daxil edilib.
Eltac Səfərlinin kapitan olduğu komandamızın heyəti belədir: Şəhriyar Məmmədyarov, Nicat Abbasov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov.
Xatırladaq ki, millimiz hazırkı Avropa çempionudur. Ümumilikdə, 3 dəfə bu sevinci yaşayıb. Üstəılik, 1 dəfə komanda hesabında gümüş və 1 dəfə bürünc medallara sahibi olub.